Sidebar Ads

Esmira Günəş:Sənli, sənsiz sevdi ürək.

 


Sənli, sənsiz sevdi ürək.

 

Biraz qəribsəmişəm,

Düşüb xatirələrin yadıma.

Biraz kövrəlmişəm,

Heç kəs çatmır imdadıma.

Şəklin gözlərimdə əks olunur,

Sınmış kamera kimi,

İlişib qalıb gözlərimdə.

Adın möhürə dönüb,

Təkrarlanır sözlərimdə.

Mən ki, səni unutmuşam,

Gözlərinin rəngini,

Boynunun ətrini belə.

Səndən danışıram niyə ?

Ağlamıram daha sənsiz,

Amma gözümün yaşı,

Axır səni düşündükcə.

Həsrətinmi günahkardı?

Ürəyimi, yaxır səni düşündükcə.

Heç görəsən mənim qədər,

Sən də yandınmı oduma ?

Əgər yanmış olsa qəlbin,

Yetişərdin fəryadıma.

Alovuma odun atıb,

Gecələri şirin yatıb.

Yaşatmazdın cəhənnəmi,

Mənə qalıb eşqin nəmi.

Dodağımdan təbəssümü,

Oğurlayıb qaçan yarım.

Dəyişmədim mən heç zaman,

Pozulmadı əhd ilqarım.

Sənli, sənsiz sevdi ürək,

Əzabına dözsün gərək.

 

Esmira Günəş

05.04.2019

Yorum Gönder

0 Yorumlar